Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət müşaviri Cengiz Türkay vəfat edib. ANS PRESS-in məlumatına görə, Cengiz bəy dünən girdiyi ağır əməliyyatdan sonra dünyasını dəyişib.
Merhumun cənazə namazı sabah - 31 avqustda Ankara Kocatepe Camisinde qılınacaq.
Daha sonra Cebeci Asri Mezarlığında toprağa tapşırılacaq.
Hörmətli müşavirə Allahdan rəhmət, ailəsinə səbir diləyirik.