Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində məhsul istehsalı 2013-cü illə müqayisədə 26,3 faiz artıb

00:28 28 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Ötən il Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində ümumi məhsul istehsalı 2013-cü illə müqayisədə 26,3 faiz artıb.
AzərTAc xəbər verir ki, bu barədə MSN-də ötən ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov deyib.
Nazir bildirib ki, dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub. İstehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. Ötən ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Senayesi_Nazirliyinin_muessiselerinde_mehsul_istehsali_2013_cu_ille_muqayisede_263_faiz_artib-827936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR