Dağıstanda atışma: 2 ölü

Dağıstanda atışma: 2 ölü
05:41 28 Yanvar 2015
245 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstanda polis əməkdaşları ilə silahlılar arasında atışma olub.

ANS PRESS-in məlumatına görə, ötən gün gecə saatlarında Dağıstanın Aşağı Kazanişe yaşayış məntəqəsin yaxınlığında polis əməkdaşları avtomobillərdən birini saxlayarkən silahlı müqavimətlə üzləşib.

Polis əməkdaşları avtomobildən atəş açanlara qarşı cavab verməli olublar. Nəticədə avtomobildə olan iki silahlı öldürülüb.

Asayiş keşikçiləri arasında heç bir xəsarət alan olmayıb.

Hazırda hüquq-mühafizə orqanılarının əməkdaşları ərazidə hadisəni araşdırırlar, eləcə də öldürülənlərin şəxsiyyətinin dəqiqləşdirilməsi işləri aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR