Bakıda “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Bakıda “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA
12:07 27 Dekabr 2014
1171 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 12:01 ]

Bakı – APA. Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayxan, GAP Qəzetçilər Birliyinin başçısının müavini Durdu Mehmet Taş, “Kanal 35” TV-nin yayın yönətməni Xalid Tunç, “Bəyaz” TV-nin "Dinamit" proqramının aparıcısı və müəllifi Latif Şimşək Atatürk Mərkəzində keçirilən “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mətbuat və mediasının rolu və vəzifələri” adlı tədbirdə iştirak ediblər.

 

APA-nın xəbərinə görə, konfransda ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva, Atatürk Mərkəzinin müdiri, MM-in Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov çıxış ediblər. Z. A. Kıymaz, H. Özpolat, F. Çelik, M. S. Ayxan, D. M. Taş, X. Tunc, L. Şimşək Azərbaycanda olmaqdan və ölkəni daha yaxından tanımaqdan məmnun qaldıqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildiriblər. Onlar Qarabağ münaqişəsi və konkret olaraq Xocalı soyqırımı barədə həqiqətlərin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin onlar üçün təcrübə baxımından böyük önəm daşıdığını deyiblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR