Bədii film Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyilə ərsəyə gəlib. Filmdə baş rolları Dila Uluca və Ahmet Uzi ilə yanaşı erməni əsilli Arto Arsenyan və Heros Akopyan oynayır.
“İtmiş quşlar” filminin əsas sujet xətti belədir: Hadisələr 1915-ci ildə cərəyan edir. Anadoluda bir erməni kəndində yaşayan zəngin ailənin uşaqları olan Məryəm və Bado analarından icazəsiz göyərçin quşu saxlayırlar. Hər dəfə evdən gizlin qaçıb sevimli quşlarına baş çəkirlər. Bir dəfə bu gizli qaçışdan sonra evə döndükdə evi bomboş görürlər. Kənddə də kimsə qalmamışdı. Bundan sonra uşaqları çətin macəraları gözləyir. Məryəm və Bado itirdikləri ailələrinə qovuşmaq üçün yola çıxırlar...
Ekran işini "Kara Kedi Film" şirkəti istehsal edib. Aren Perdeci və Ela Alyamaçın rejissoru olduğu film Türkiyədə 1915-ci ildən bəhs edən ilk uzunmetrajlı filmdir.
"İtirilən quşlar" filminin flaqmanı