[ 03 Sentyabr 2015 16:15 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və narkotik vasitə saxlamaqda təqsirləndirilən Allahqulu Mehdiyev və Racu İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Mehdiyev 7 il, R. İsmayılov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər oğurluq etdikləri üçün tutulublar. Saxlanılan zaman onların üzərindən narkotik vasitə də aşkar edilib.