Azərbaycanda dörd nəfərdə silah aşkar edilib

13:07 28 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 13:03 ]


Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda dörd nəfərdən silah götürülüb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də Mingəçevir şəhər sakini Fərahim Əliyev Yevlax şəhərinin ərazisində ictimai qaydanı pozduğu üçün Yevlax Rayon Polis Şöbəsinə gətirilib. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı “Ekol YS-66” markalı pnevmatik tapança, “TOZ-16” markalı ov tüfəngi, 1 ədəd patrondaş, 7 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tülər kənd sakini Bəxtiyar Şirinovun evinə baxış zamanı “TOZ-20” markalı ov tüfəngi, kustar üsulla hazırlanmış “TOZ-16” markalı ov tüfəngi, “Naqan” tipli tapança, 1 ədəd bıçaq və 1 xəncər aşkar edilərək götürülüb. 

 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sultannuxa kənd sakinləri Sərvan Daşdıyevədən və Şamil Məliklidən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR