Öğuz rayonunun zəlzələdən zərər çəkmiş ərazilərində fərdi tikililərə və sosial obyektlərə baxış keçirilir

19:03 4 Sentyabr 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Oğuz, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də səhər saatlarında Oğuz rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək məqsədi ilə aidiyyəti dövlət qurumları tərəfindən zərərçəkmiş ərazilərdə fərdi tikililərə və sosial təyinatlı obyektlərə baxış keçirilir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar nəticəsində rayonun Astraxanovka kəndində 26 evin divarında iri və xırda çatlar əmələ gəlib, bir evin divarı çöküb, kənd məktəbinin binası zədələnib.
Bundan əlavə, təbii fəlakət nəticəsində Yaqublu kəndində 18, Muxas kəndində 10, Padar kəndində 8, Bayan kəndində 5, Qarabulaq və Böyük Söyüdlü kəndlərinin hər birində 4, Dəymədərə, Yenikənd və Calut kəndlərinin hər birində 2, həmçinin Oğuz şəhərində 3 evin divarlarında çatlar yaranıb.
Zəlzələ Padar kənd məktəbinin binasına da ciddi ziyan vurub, istinad divarları əyilərək qəzalı vəziyyətə düşüb.
Yeraltı təkanlar nəticəsində Bucaq, Xalxal, Sincan kəndlərindəki uşaq bağçaları binalarının divarlarında da xırda çatlar müşahidə olunub.
Hazırda rayonun aidiyyəti strukturları Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində araşdırmaları davam etdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oguz_rayonunun_zelzeleden_zerer_chekmis_erazilerinde_ferdi_tikililere_ve_sosial_obyektlere_baxis_kechirilir-882141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR