Əbülfəs Qarayev Fransanın turizm sənayesi və KİV nümayəndələrindən ibarət heyəti qəbul edib

10:32 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 10:30 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyəti qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı nümayəndə heyəti ilə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb. 

 

Nazir Azərbaycan mədəniyyətinin və turizminin Fransada tanınması üçün son illər görülən işlər barədə danışıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Fransanın bir çox şəhərlərində müxtəlif layihələrin həyata keçirildiyi haqqında məlumat verib.

 

Vurğulanıb ki, bu günlərdə Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil edilib.

 

Görüşdə Fransada sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək “Top Resa” sərgisində Azərbaycanın iştirakı və Fransa media nümayəndələri üçün hər il təşkil olunan info-turlar haqqında da məlumat verilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR