[ 05 Sentyabr 2015 14:46 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad rayonunda baş vermiş yol qəzası zamanı xəsarət alan şəxs ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 3-də saat 13 radələrində Sabirabad rayonunun Balakənd kəndində kənd sakini Qafur Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndliləri Fatimə İbişovanı və onun qardaşı Sadiqi vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib. F.İbişova sentyabrın 4-də orada dünyasını dəyişib.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.