İtaliyada 160 mafiya üzvü həbs edilib

İtaliyada 160 mafiya üzvü həbs edilib
14:48 28 Yanvar 2015
248 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

İtaliyada mafiya ilə əlaqədə ittiham olunan 160 nəfər həbs edilib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Çərşənbə günü Apennin yarımadasının şimal vilayətləri olan Emili-Romanye, Lombardiya, Pyemonte, Venetoda polis irimiqyaslı əməliyyatlar keçirib.

Xəbər verildiyi kimi, saxlanılanların hamısı Cənubi Kalabriya vilayətinin “ndranget” mafiyasının nümayəndələridir.

Polis “ndranget”lərin çirkli pulların yuyulduğu qanuni biznesdə iştiraklarını aşkara çıxara bilib. Bundan əlavə, cinayətkar fəaliyyətinin coğrafiyası Almaniyadan Avstraliyaya, eləcə də San-Marino Respublikasına qədər uzanır.

Məxfi adı "Aemiliya" olan əməliyyat cənubdakı Katandzaro və Bolonya şəhərlərinin mafiya ilə mübarizə departamentləri ilə birgə həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2358044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR