22 yaşlı gəncin evində əxlaqsızlıq yuvası aşkarladı

22 yaşlı gəncin evində əxlaqsızlıq yuvası aşkarladı
17:32 6 Sentyabr 2015
438 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda eyni küçədə iki əxlaqsızlıq yuvası aşkarlanıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nizami rayonunda bir küçədə iki "priton" aşkarlanıb.
Naxçıvanski küçəsi ev 64-də 1993-cü il təvəllüdlü Fəqan Əzizinin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.

Nizami rayonu 24-cü Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.
Xatırladaq ki, musavat.com bir neçə gün öncə də eyni küçədə əxlaqsızlıq yuvasının aşkarlanması ilə bağlı xəbər vermişdi.
 
Məlumatda bildirilirdi ki, Naxçıvanski küçəsi 39 ünvanında Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Əsmər Kazımovaya məxsus evdə əxlaqsızlıq yuvası aşkarlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/367361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR