Türkiyədə terror hadisəsi baş verib, 15 əsgər şəhid olub

Türkiyədə terror hadisəsi baş verib, 15 əsgər şəhid olub
08:32 7 Sentyabr 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 08:21 ]

Yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb

Bakı-APA. Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.

 

APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə,  Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.

 

Nəticədə şəhid və yaralıların olduğu bildirilir.

 

Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.

 

Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.

 

“Reuters” xəbər agentliyi isə terror nəticəsində  15 əsgərin şəhid olduğunu yazıb.

 

Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.

 

Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR