Sensasiyalı məbəd tapıldı - FOTO

Sensasiyalı məbəd tapıldı - FOTO
09:47 7 Sentyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın Uiltşir qraflığında, dünyaca məşhur qədim Stounhec meqalitik qalıqlarının yaxınlığında ikinci qədim tikili nişanələri tapılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, neolit dövrünə, yəni 4500 il əvvələ şamil edilən bu abidə "Dorrinqton hasarı" adlanır.

Radiolokasiya avadanlığı vasitəsilə aşkarlanan və yeri dəqiqləşdirilən hasarda 90 böyük daş parçaları var. Onların hər birinin hündürlüyü təqribən 2,8-3,2 metrdir.

Eynən Stounhec təki, bu daşlar da dairəvi düzülüşdədir.

Alimlərin fikrincə, "Dorrinqton hasar" qədimlərdə böyük məbədin bir hissəsi olmaqla yanaşı, yön və istiqamət bəlirləmək üçün istifadə olunmuş qurğudur.

Yeni, unikal tapıntını araşdırma qrupuna Bredford Universitetinin professoru Vins Qaffni başçılıq edir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR