İraq İŞİD-ə qarşı ilkə imza atdı

İraq İŞİD-ə qarşı ilkə imza atdı
09:56 7 Sentyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

İraq Hərbi hava qüvvələri ilk dəfə İŞİD terror qruplaşmasına qarşı F-16 qırıcı təyyarələrindən isitfadə edib.

ANS PRESS –in məlumatına görə bu barədə ABŞ Müdafiə nazirliyinin sözcüsü Peter Cook mətbuata yazılı açıqlamasında bildiririb.

“İraq Hərbi hava qüvvələrini İŞİD terror qruplaşmasını zəiflətmək və məğlub etmək üçün F-16 qırıcı təyyarələrələrindən istifadə itdiyinə görə təbrik edirik.”-deyə Müdafiə nazirliyinin sözcüsü deyib.

Pentaqon rəsmisi bu ilin iyun ayında 4 ədəd F-16 qırıcı təyyarələrinin İraq hökümətinə təhvil verildiyini bildirib. Peter Cook ölkəsinin İraq dövlətinin və xalqının həmişə yanında olduğunu qeyd edib.

2008-ci ildə əldə olunan razılaşmaya əsasən ABŞ İraqa 36 ədəd F-16 qırıcı təyyarə satıb.


İŞİD-in qənimi-F-16 qırıcıları


ABŞ və müttəfiqləri İŞİD-ə qarşı 62 ölkənin dəstək verdiyi koalisiya yaradıb. Suriya və İraq ərazisində İŞİD mövqeləri aylardır ki, bombalanır.

Bu yaxınlarda razılaşma əsasında Türkiyənin İncillik hərbi bazası ABŞ qrıcıları üçün açılıb. Birləşmiş Ştatlar hərbi bazadan İŞİD mövqelərini bombalamaq üçün istifadə edir.


Qırmızı rəngdə olan bütün əraziləri İŞİD-in əlindədir


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR