Moskvadan Lənkərana qaçaqmal gətirilməsinin qarşısı alındı

Moskvadan Lənkərana qaçaqmal gətirilməsinin qarşısı alındı
15:17 28 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən 4080 qutu xarici markalı siqaret aşkar ediblər
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə həmin çantalarda malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan cəmi 4080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub.

Faktla bağlı izahatında E.Teymurov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR