Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

11:07 7 Sentyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 11:04 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də saat 15 radələrində Əmircan qəsəbəsində 2000-ci il təvəllüdlü Sultan Sultanlının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1997-ci il təvəllüdlü Emil İslan oğlu İsmayılov tutulub.

 

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 5-də saat 09 radələrində Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini, 1929-cu il təvəllüdlü Zülfəli Abbasovun cibindən 15 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qobustan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Vüqar Əmir oğlu Xudaquliyev tutulub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR