Konfrans Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil olunacaq.
Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Konfransda iştirakla bağlı qeydiyyat və tezislərin qəbulu üçün son müddət 15.06.2015 tarixi müəyyənləşdirilib.
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib.
Həqiqət İSABALAYEVA