ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti bu hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Terrorçular heç vaxt bizim xalqımızın birliyini poza bilməyəcəklər."
Bundan başqa, ölkə başçısı: "Türkiyə xalqı PKK döyüşçülərinin xain hücumu nəticəsində hərbi qulluqçularımızın həlak olmasıyla əlaqədar kədərlənir. Öz iyrənc hücumları ilə heç vaxt terrorçular qardaşlığı və bizim xalqımızın birliyini pozmağı bacarmayacaq. Mən inanıram ki, Türkiyə vətəndaşları terrorçulara qarşı daim birlik nümayiş etdirəcəklər" - deyə bildirib.
Rəcəb Tayyib Ərdoğanın Dağlıca – Yüksəkova ərazisində baş verən hadisə ilə bağlı açıqlaması
Bu gecə Hakkarinin Dağlıca - Yüksekova rayonunda çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Hadisədə dəqiq neçə əsgərin şəhid olması deyilməsə də, bu rəqəmin təxmini 15 olduğu bildirilir. İnsidentdən sonra təcili olaraq baş nazir Əhməd Davudoğlunun başçılığı ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası çağırılıb.
Ötən gün Dağlıca – Yüksəkova yolunda hərəkəti bərpa etmək üçün aparılan əməliyyatda 3 ədəd küstar üsulla hazırlanmış partlayıcı aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatın davamında yola basdırılan digər partlayıcıların işə düşməsi ilə 2 zirehli maşınımıza ziyan dəyib. Hadisə nəticəsində şəhid olanlar və yaralananlar olub.
Bölgədə həyata keçirilən intensiv hava hərəkatı çərçivəsində 2 ədəd “F16” və 2 ədəd “F4” ilə separatçı terror təşkilatına aid 13 hədəf vurulub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, əməliyyat qərarlılıqla davam edir.