Milyonları ağladan uşağın evindən REPORTAJ - FOTO

Milyonları ağladan uşağın evindən REPORTAJ - FOTO
15:57 7 Sentyabr 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Atılmış oyuncaqlar, balaca və tozlu ayaqqabılar, viran qalmış ev... Bura Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığındakı Kobani şəhəri, Abdulla Kurdinin evidir.
Abdulla Kurdi xanımı, 35 yaşlı Reyhan, 5 yaşlı oğlu Qalib və 3 yaşlı oğlu Aylanla birlikdə Türkiyəyə keçmişdi. O, Bodruma qədər getmişdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kurdi ailəsi Türkiyə sahillərindən Yunanıstan adalarına yönələn rezin qayıqlardan birinə oturmuş, Aralıq dənizini keçərək Kos adasına getməyi düşünürdülər.
Lakin qayıq dənizdə çevrilib, Reyhan, Qalib və Aylan batıblar.
3 yaşlı Aylanın cəsədini dalğalar sahilə çıxarmışdı. Körpənin fotosu mediada yayılanda isə "bomba partlayışı" effektiv yaradıb.

Abdulla Kurdi ailəsini vətənində dəfn etmək üçün Kobaniyə yollanıb.
Viran qalmış, xarabazara dönmüş evində, mərhum Aylanın otağında durmuş Abdulla danışır:
- Bax, Aylan burada yatırdı. Oyuncaqları da budur... İndi məhv olmuş həyatımın ötənlərinə baxıram. Nə edim, hara gedim, necə yaşayım - bilmirəm... İki oğlumu, arvadımı itirdim. Onları bu gün basdırdım. Əslində, ümidlərimi dəfn etmişəm bu gün.

40 yaşlı Abdullanın dediyinə görə, İŞİD-in darmadağın etdiyi şəhərdən qaçaraq Türkiyəyə gedəndə oradakı qaçaqmalçıların vədlərinə aldanıbmış. Həmin adamlar 6 min dolların müqabilində Kurdi ailəsini də on minlərlə miqrant təki, Yunanıstan adalarından birinə aparacaqlarını demişdilər.
"Aylanın sözləri hələ də qulağımdadır. "Ata, boğuluram! Ata, ölmək istəmirəm" deyirdi. Nə etsəm də, onları ölümdən ala bilmədim", - Abdulla Kurdi ağlayaraq söyləyib.

Bərbər Abdullanın sözlərinə görə, 2012-ci ildə onu Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların hərbçiləri tutaraq işgəncələr vermişdi.
Həbsxanadan çıxan kimi Abdulla ailəsini də götürərək Kobaniyə yollanıb və orada qayınatasının ayırdığı iki otaqda 18 ay yaşayıb.
İŞİD Kobaniyə hücum edəndə isə Abdulla Kurdi və ailəsi Türkiyəyə qaçmışdılar.
"Türkiyədə yaşamımız ağırdı. Ailəmi dolandırmaq, çörək pulu qazanmaq üçün ən ağır işlərdə çalışırdım. Avropaya getməyi düşünməyə başlamışdım. Reyhan da hamilə idi", - Abdulla söyləyib.

Abdullanın qardaşı Məhəmmədin sözlərinə görə, onların 30 qohumunu İŞİD qətlə yetirib.
Balaca Aylanın babası Seho Seno Kurdi isə söyləyib: "Son bir neçə ayda ailəmizin 11 üzvü həlak oldu. İndisə qızım və iki nəvəm suda boğuldular. Görünür, Allah bizi sınağa çəkir".

Milli.Az






































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR