Putinə "yox" dedilər

Putinə "yox" dedilər
16:01 28 Yanvar 2015
285 Dünya
Ölkə mətbuatı
A- A+

Latviya prezidenti Andris Berzinş Moskvaya gəlməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, prezident Rusiyaya gəlməməsinin səbəbini bildirməyib. Bununla belə, o, 9 maydan əvvəl və ya sonra Moskvaya gəlmək ehtimalının olduğunu bildirib.

Buna baxmayaraq, yerli KİV-lər prezidentin mətbuat xidmətinə istinadən bildiriblər ki, yanvarın 19-da Avropa Birliyinin toplantısında müzakirə olunan xarici məsələləri, həmçinin Rusiyanın əməliyyatları nəticəsində Ukraynanın şərqində vəziyyətin pisləşməsini, yerli sakinlərin ölməsini nəzərə alaraq, Berzinş mayın 9-da Moskvaya getməsini mümkün saymır.

Latviya prezidentinin Qələbə günündə Moskvaya dəvət olunması dekabrdan məlum olub. Bundan başqa tədbirə Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Toomas Hendrik İlves də dəvət edilmişdi. Lakin onların hər ikisi Latviya prezidenti kimi tədbirə gəlməkdən imtina ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR