Prezident 283 nömrəli orta məktəbdə aparılan təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

17:57 7 Sentyabr 2015
248 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 17:55 ]

Bakı – APA. Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

 

283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Binada sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

 

Məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR