"ASAN xidmət"in 7 könüllüsü televiziyada işə götürüldü - FOTO

"ASAN xidmət"in 7 könüllüsü televiziyada işə götürüldü - FOTO
18:22 7 Sentyabr 2015
218 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə "ASAN xidmət" mərkəzində daha 84 gənc könüllü xidmətini başa vurub. Kəpəz TV (Region TV) xəbər verir ki, onlara Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  rəsmi sertifikatları təqdim edilib.

Könüllük - ASAN xidmət mərkəzlərində gənclərin özünü inkişaf və biliklərinin artırılması məqsədilə həyata keçirilən fəaliyyətdir. İndiyədək Gəncə "ASAN xidmət" mərkəzində 600-ə yaxın gənc könüllü olaraq fəaliyyət göstərib. Müqavilədə nəzərdə tutulan öhdəlikləri 2 aylıq müddət ərzində həyata keçirən gənclərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün şərait və imkan yaradılır, onların işlə təminatına önəm verilir. Bu dəfə ölkə üzrə bir ilkə imza atılıb. Gəncə "ASAN xidmət"in  könüllüləri Kəpəz Müstəqil Tele-Radio Şirkətində təcrübə keçib, onlardan 7 nəfəri şirkətdə işlə təmin olunub.  Daha 17 gəncin telekanala təcrübəyə cəlb edilməsi nəzərdə tutulur. 

Elnur Rzayev, Gəncə "ASAN xidmət" mərkəzinin direktoru:
"Gənclərimiz  "ASAN xidmət" mərkəzində könüllü olduqdan sonra Master 2 proqramı çərçivəsində digər müəssisə və təşkilatlarda fəaliyyətini davam etdirir. Nəzərdə tutulur ki, iki ay burada olduqdan sonra həm Kəpəz televiyasında, həm də digər təşkilatlarda Master 2 proqramı tətbiq olunsun".

Könüllü gənclərə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi sertifikatları təqdim olunub. 

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR