Bakı, 8 sentyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 18-də saat 12:00-da Goranboy rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş, Bərdə rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Gəncə şəhəri, H.Əliyev meydanı. İnzibati bina. Tel: (0222) 56-50-67) müraciət etməlidirlər.
Bundan əlavə, Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon təhsil şöbələrində sentyabrın 9–dan 17-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.