Bakı, 9 sentyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da millimiz Almaniya yığmasını qəbul edib. Qarşılaşma 3:0 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb.
Almaniya yığmasının baş məşqçisi Horst Hrubeş deyib: “Meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, onlar öz təcrübələrini artırmalıdırlar. Bununla belə, oyundan və nəticədən razıyam”.
Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə bildirib ki, Almaniya yığması nəinki Avropanın, dünyanın ən güclü komandalarından biridir. Almaniyanın bütün yaş qrupları üzrə yığma komandaları, demək olar ki, eyni sistem əsasında hazırlaşır və oynayır. Bacardığımız qədər mübarizə apardıq, topu saxlamağa çalışdıq. Oyunun sonunda futbolçuların yorulması bu hesabla məğlubiyyətə səbəb oldu.
Azərbaycanın U-21 komandası Almaniya yığması ilə qarşılaşıb
Azərbaycanın U-21 komandası Almaniya yığması ilə qarşılaşıb
Azərbaycanın U-21 komandası Almaniya yığması ilə qarşılaşıb
Azərbaycanın U-21 komandası Almaniya yığması ilə qarşılaşıb