Bakı, 9 sentyabr, Nihat Budaqov, AZƏRTAC
İsrailin Milli Planlaşdırma və Tikinti Komitəsi İordaniyaya təbii qaz ixracı üçün nəzərdə tutulan qaz boru kəmərinin marşrutunu təsdiq edib.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, boru kəməri 15,5 kilometr (9,6 mil) uzunluğunda olacaq və Ölü dənizin cənubuna yaxın çəkiləcək. Layihənin dəyəri 15 milyard dollar ölçülür. Boru kəməri ilə İsrailin Leviathan dəniz sahəsindən çıxarılan təbii qazdan istifadə nəzərdə tutulur.