Tehran, 9 sentyabr, AZƏRTAC
Ayətullah Nuri Həmədaninin Azərbaycana səfəri tarixi hadisədir. Bu səfər iki dost ölkə arasında din sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcək.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir nüfuzlu din xadimi Nuri Həmədaninin yüksək səviyyədə qarşılanmasına görə Azərbaycan xalqına, dövlətinə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təşəkkürünü bildirib.
Diplomat qeyd edib ki, səfər çərşivəsinə keçirilən görüşlərdə dünyada baş qaldıran islamafobiyaya qarşı mübarizə və ənənəvi İslamın daha geniş şəkildə təbliği məsələləri müzakirə olunub. İslam dini adından sui-istifadə edən silahlı qruplaşmaların törətdikləri cinayətlər heç bir dini çərçivəyə sığmır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran