San-Marino, 9 sentyabr, AZƏRTAC
San-Marinonun dövlət televiziyasının (RTV San-Marino) saytında bu ölkənin xarici işlər naziri Paskal Valentininin Azərbaycana səfəri ilə bağlı məqalə yayılıb.
Məqalədə səfər çərçivəsində keçirilmiş görüşlər, müzakirə olunmuş məsələlər və imzalanmış sənədlər barədə məlumat verilir.
Müəllif iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan ilə San-Marino arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə genişlənməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, San-Marino Azərbaycanın turizm imkanlarını öyrənməyə və bu ölkə ilə mədəni əlaqələrini genişləndirməyə maraq göstərir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
San-Marino