"Mançester Yunayted"in fovardı Ueyn Runi İngiltərə yığmasının tarixində ən yaxşı forvard olub.

Bunu İngiltərə Kral Futbol Assosiasiyasının rəsmi saytı bildirib.

Milli.Az bildirir ki, futbolçu deyib: "Bu uğur, bəlkə də, əvvəlkilərdən də önəmlidir. 30 yaşım tamam olanadək ölkə yığmasının tarixində ən yaxşı bombardir olmaq - bunu arzulaya da bilməzdim. Çox qürurluyam".

İngiltərə yığmasının heyətində rekord 50-ci qolu Ueyni Runi Avro-2016-nın təsnifat mərhələsində Londonda İsveçrə yığmasına qarşı matçda, penaltidən vurub. Matç 2:0 hesabla ingilislərin xeyrinə başa çatıb.

Bununla da U.Runi "mankunianlar"ın digər forvardı, əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib. Çarlton yığmanın heyətində 49 qol vurmuşdu.

2003-cü ildən bəri İngiltərə yığmasında yer alan Runi millinin heyətində 107 matçda meydana çıxıb.

Ueyn Runi və Bobbi Çarltonun yaşamları da təbii ki, fərqlidir...

Milli.Az

Ueyn Runi ölkəsinin rekordunu yenilədi - FOTO