Bakı, 11 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabr 18-dən 28-dək dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalının açılış mərasimi Heydər Əliyev Sarayında baş tutacaq. Dahi bəstəkarın 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Ü.Hacıbəyli adına Dövlət simfonik orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası və digər musiqi kollektivləri iştirak edəcəklər.