Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib.

Trend-in məlumatına görə, marka Şahmat üzrə Dünya Kuboku Bakı 2015-ə həsr edilib. Nəfis dizaynda hazırlanan markanın nominal dəyəri 1 manat təşkil edir.

Qeyd edək ki, Bakıda sentyabrın 10-da start verilən Şahmat üzrə Dünya Kuboku yarışları oktyabrın 5-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az