Bakı, 14 sentyabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının dördüncü turu iki rekordla əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, turun 4 qarşılaşmasını 17 min 400 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudur. Bu rekord “Kəpəz” – AZAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13 min 200 izləyici qeydə alınıb ki, bu da mövsümün rekordudur. İkinci turun “Kəpəz” – “Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12 min 500 tamaşaçı qeydə alınmışdı.
Mövsümün üçüncü göstəricisi ötən turun “Xəzər Lənkəran” – “Rəvan” matçına məxsusdur – 9500.