ABŞ-ın məşhur aktyoru Stiven Siqal və boksçu Roy Cons Rusiyanın antialkaqol kampaniyanın şəxsi üzü ola bilərlər.

ANS PRESS-in məlumatına görə, həmin təklif məşhurların ünvanına Rusiya könüllülər İttifaqının başçısı olan Yana Lantratova tərəfindən yönəldilib.

Yananın sözlərinə görə, Siqal və Cons gənclər arasında ən populyar şəxslərdir, həmçinin onlar layiq olunmuş idmançılar və sağlam həyat tərzinin davamçıları kimi məşhurdular. "Bundan başqa bu ulduzlar Rusiyaya hörmət edirlər"- deyə Yana Lantratova əlavə edib.

Stiven Siqal və Roy Cons Rusiyanın şəxsi üzü olacaqlar
Roy Cons-boksçu

Antialkaqol kampaniyanın nümayəndələri bildiriblər ki, Siqal və Cons, çox güman ki, təklifi qəbul edəcəklər. Rusiyada olan Stivenin nümayəndəsi Timofey Brik dəqiqləşdirib ki, aktyorla hələ heç kim əlaqə saxlamayıb, lakin təklif qəbul edilən zaman, həmin təklifə baxılacaq və ehtimal olunur ki, qəbul da olunacaq. Bu halda Rusiyada olan Roy Consun promouteri Vladimir Xrenov bildirib ki, boksçu antialkaqol kampaniyanın üzü olmağa razılaşıb.

ABŞ-ın nümayəndələrindən başqa, Rusiya xadimlərin də həmin kompaniyaya cəlb olunmağı planlaşdırılır. Bu siyahıya məşhur güləşçi, hazırda Rusiya Dövlət Dumasının millət vəkili Aleksandr Karelin, onun keçmiş həmkarı Nikolay Valuyev və həmçinin idmançı Fedor Emelyanenko cəlb oluna bilər.