Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək

12:13 29 Yanvar 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, digər regionlarda buraxılış imtahanlarının keçirilməsi iyun ayı ərzində davam edəcək.
M.Abbaszadə bildirib ki, imtahan tarixləri hazırda dəqiqləşdirilir. Gələn həftənin ilk günlərində imtahan cədvəlinin açıqlanması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR