ANS PRESS-in məlumatına görə,
Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin növbəti təxribatının qarşısını alıb. Qarşı tərəfin pilotsuz uçuş aparatı cəbhənin
Ağdam istiqamətində milli ordumuzun mövqelərinin üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkarlanıb. Aşkarlanan hədəf dəqiq atəşlə məhv edilib.


ANS PRESS-in cəbhəyanı kəndələrin sakinlərindən əldə etdiyi məlumata görə, günorta saatlıarında təmas xəttinin yaxınlığında iki dəfə güclü partlayış səsi eşidilib.
Müdafiə Nazirliyinin də məlumatında cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə, "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkarlanaraq, atəş nəticəsində məhv edilib. Hazırda Müdafiə Nazirliyinin əməkdaşları PUA-nın düşdüyü əraziyə baxış keçirir. Pilotsuz uçan təyyrənin qalıqları ərazidən toplanır.

Ermənistanın növbəti pilotsuz uçan aparatı məhv edildi
Pilotsuz təyyarənin qalıqları