Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rus və Azərbaycan dillərində nəşr olunmuş kitabda son illәr Qәrb mәtbuatında Azәrbaycanın enerji siyasәti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının dünyaya çatdırılmasında kəmərlərin rolu ilə bağlı dәrc olunmuş analitik yazılar, mətn və məqalələr yer alıb.
Kitab iqtisadçılar, siyasәtçilәr vә digər oxucu kütlәsi üçün nәzәrdә tutulub.