Daşkənd, 16 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin aparıcı “sharh.uz” analitik informasiya portalı “Доклад ООН: Азербайджан как часть ключевых транспортных маршрутов в регионе” adlı məqalə yayıb.
Məqalədə bildirilir ki, Azərbaycan regionda nəhəng nəqliyyat layihələri həyata keçirir, Baltikyanı ölkələrdən Çinə qədər olan əsas nəqliyyat layihələrinin iştirakçısıdır.
Müəllif Birləşmiş Millətlər Təşkilatının yaydığı rəsmi məlumata əsaslanaraq qeyd edir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli infrastruktur layihələrini uğurla həyata keçirir, Qafqaz vasitəsilə Avropa ilə Asiya arasında birbaşa dəmir yolu nəqliyyatını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini inşa edir.
Azərbaycanın region ölkələrinin, habelə dünyanın nəqliyyat sistemində oynadığı roldan bəhs edilən məqalədə ölkəmizin bu sahəyə verdiyi töhfələr haqqında ətraflı söhbət açılır.
Məqalənin tam mətni ilə http://sharh.uz/analitika/item/5667-azerbaydjan linkindən tanış olmaq mümkündür.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd