2014/15 mövsümü üçün "Qızıl top" mükafatının təqdim olunma vaxtı açıqlanıb. Goal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim yanvarın 11-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq. Mükafat üçün Ronaldu, Messi, Luis Suarez kimi iddiaçılar mübarizə aparacaq.

Qeyd edək ki, ötən il bu mükafatı "Real"ın ulduzu Kriştianu Ronaldu qazanmışdı. Səsvermənin nəticələrinə görə Messi ikinci, Manuel Noyer üçüncü olmuşdu.

Milli.Az