Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 26,4 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar ixrac edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 31,5% çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli yağların ixracı Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.