Nizami Kino Mərkəzində iki premyera - FOTO

Nizami Kino Mərkəzində iki premyera - FOTO
15:32 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində yanvarın 29-dan etibarən ABŞ istehsalı olan “Kontinuum” və “Kiber” filmlərin nümayişinə başlanıb.

“Kontinuum” filmini Endryu Düçmanın ssenarisi əsasında rejissor Din İzraelayt fantastik triller janrında çəkib. Yaş məhdudiyyəti: 12 +

Ad günündə çəkilmiş köhnə lent yazılarına baxan baş qəhrəman, ani olaraq videoda “əsl” əksini görür. Maraqda qalan dostları, sirli zaman maşınına bənzər qurğunun çertyojlarını tapır və onu təkmilləşdirərək keçmişə qayıdıb səhvlərini düzəltmək istəyirlər.

Bəs bu qurğu tineycerlərin əlinə keçsə, nə ola bilər? Zarafat kabusa dönər. Hələ ki, dünya dağılmayıb təcili sürətdə kontinuumu bərpa etmək lazımdır.

Filmdəki rollara Conni Ueston, Sofiya–Blek Delia, Emi Landeker, Virciniya Qardner, Anes Mayasari, Allen Evangelista, Sem Lerner və başqa aktyorlar çəkiliblər.

“Kiber” filmini isə rejissor Maykl Mann döyüş, triller və kriminal dram janrında çəkib. Yaş həddi: 16+

Müasir dünya məkanının sakit, stabil həyatını poza bilən nə baş verə bilər ki? Lakin yeni texnologiyalar sahəsində keçirilən tədqiqatlar bəşəriyyətə əsl təhlükə gətirmək üzrədir. Bunun qarşısını almaq məqsədilə, Çinin və ABŞ-ın ən dahi alimləri nəhəng kibernetik həmləyə qarşı mübarizə aparmaq üçün bir araya gəlirlər.

Filmdə, baş rolları Kris Hemsvort, Van Lixom, Tan Vey, Viola Devis, Xolt MakKellani, Endi On, Riçi Koster, Kristian Borl, Con Ortis və başqa aktyorlar canlandırıblar.

Əziz kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)






Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR