ABŞ-da qondarma "DQR"-in tanınmasını qadağan edən qanunun qəbuluna çağırış

ABŞ-da qondarma "DQR"-in tanınmasını qadağan edən qanunun qəbuluna çağırış
15:42 29 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Nyu York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli “Lehigh Valley” media qrupunun saytında dərc olunmuş məktubunda ABŞ-ı qondarma “Dağlıq Qarabağ respublikası”nın, eləcə də postsovet məkanındakı digər separatçı rejimlərin tanınmasını qadağan edən qanun qəbul etməyə çağırıb.

Trend bildirir ki, o xatırladıb ki, bu yaxınlarda Virciniya ştatından olan konqresmen Cerald Konnolli “Krımın işğalının tanınmaması haqqında” qanun layihəsi təklif edib.

E.Yerdələnli məktubunda qeyd edib ki, bu qanun Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını, eləcə də Krımda Rusiya hakimiyyətini tanıyan və ya tanımağı təklif edən federal agentlər tərəfindən hansısa fəaliyyət və ya köməyin göstərilməsinə qadağanı nəzərdə tutur.

Assosiasiya rəhbəri həmin qanun layihəsinə öz dəstəyini ifadə edib və həmin siyahıya digər regional münaqişələri də daxil etməyə çağırır.

Həmçinin, bu, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı təcavüzünə, Rusiya tərəfindən Gürcüstanın Abxaziya və Cənubi Osetiya, eləcə də Moldovanın Dnestryanı bölgəsində dəstəklədiyi separatçılara da aiddir. Bütün bu münaqişələr Krımdakı vəziyyətdən çox əvvəl baş qaldırıb. Daha sonra qondarma "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"ndan marionet “separatçı”lar meydana çıxıb.

Məktubda deyilir: “Bir sıra digər maraqlı tərəflərin dəstəyini cəlb edəcək qanun layihəsini genişləndirmək hələ gec deyil”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR