Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın regionlarında işləyən həkimlərə müəyyən güzəştlərin verilməsini nəzərdə tutan növbəti dövlət proqramı Nazirlər Kabinetinə təqdim edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın regionlarında işləyən həkimlərə müəyyən güzəştlərin verilməsi ilə bağlı 5 illik proqram var idi: “Səhiyyə Nazirliyi növbəti proqramın da qəbul edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib”.

E.Ağayev bildirib ki, regionlarda həkim çatışmazlığı problemi ildən-ilə azalır: “Amma bölgələrdə həkimlər və orta tibb işçiləri ilə təminatda yenə də müəyyən problemlər var”.

Nazir müavini son illər ərzində Azərbaycanda ana və uşaq ölümü hallarının artmadığını da söyləyib: “Bu hallarda artımlar yoxdur. Belə halların hamısı Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az