Qobustanda alternativ və bərpa olunan enerji mənbələri mövzusunda beynəlxalq konfrans keçirilib

Qobustanda alternativ və bərpa olunan enerji mənbələri mövzusunda beynəlxalq konfrans keçirilib
19:57 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 19:55 ]

Bakı - APA. Bu gün “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nına müvafiq olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə “ABOEM əsasında aqroenerji komplekslərinin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Qobustan Eksperimental Poliqonunun Tədris Mərkəzində keçirilən tədbirdə xarici və yerli mütəxəssislər iştirak ediblər.

 

Konfransda açılış nitqi ilə çıxış edən ABOEMDA sədrinin müşaviri Cəmil Məlikov tədbir iştirakçılarını salamlayaraq, ABOEM sahəsində respublikamızda həyata keçirilən layihələr, tədbirlər barədə məlumat verib. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov belə bir tədbirin Qobustan rayonunda keçirilməsini rayon üçün mühüm bir hadisə olduğunu söyləyib. Tədbirdə iştirak edən mütəxəssislər “Samux Aqro-Enerji Yaşayış Kompleksi”, “ABOEM-nin inkişafı üzrə investisiyaların cəlb edilməsi” və digər mövzularda çıxış ediblər. Daha sonra tədbir iştirakçıları üçün ABOEMDA-nın Qobustan Hibrid Tipli Stansiyasının Eksperimental Poluqonu ilə əyani tanışlıq təşkil olunub, suallar ətrafında diskussiyalar aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR