[ 21 Sentyabr 2015 11:44 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Fikrət Jivadyarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F. Jivadyarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F. Jivadyarov Cinayət Məcəlləsinin 234 ( narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilir.