Roma, 21 sentyabr, AZƏRTAC
Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb.
Akademiyanın prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Monjelli Z.İsgəndərova İtaliyanın və Azərbaycanın incəsənətinə, mədəniyyətinə verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, onun yaradıcılığını yüksək qiymətləndirib.
Azərbaycanlı heykəltəraş qeyd edib ki, akademiya tərəfindən onun fəaliyyətinə verilən dəyər onu yeni möhtəşəm əsərlər yaratmağa
daha da ruhlandıracaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
