Çirkab sularından pivə hazırlanacaq

Çirkab sularından pivə hazırlanacaq
20:03 29 Yanvar 2015
671 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın "Clean Water Services" şirkəti çirkab sularından pivə hazırlayacağına dair söv verib. Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, şirkət çirkab sularının təmizlənməsi üzrə ixtisaslaşıb.

Yeni məhsulun istehsalı üçün üçmərhələli təmizlik sistemindən keçərək emal edilmiş kanalizasiya sularından istifadə olunacaq.
Alınmış təmiz su "Oregon Brew Crew" pivə şirkətinə təhvil veriləcək.

Qeyd edək ki, ABŞ qanunvericiliyi təmizlənmiş çirkab sularının yalnız suvarma və sənaye məqsədləri üçün istifadə etməyə icazə verir.

Səhiyyə departamenti yeni məhsulu bəyəndikdən sonra pivə satışa çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2358723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR