Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Ramazan Kocakaya və Nigar Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən R. Kocakaya 8 il müddətinə azadlıqdan məhrum edilib. Nigar Abdullayeva barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi nəzərə alınaraq şərti cəza verilib.
Qeyd edək ki, Ramazan Kocakaya və Nigar Abdullayeva Cinayət Məcəlləsinin 178.3.2 ( Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.