[ 22 Sentyabr 2015 16:04 ]



Bakı. Türbət Bağırova - APA. “Nə Ukraynanı, nə də Avropa dövlətlərini – xüsusən keçmiş sosialist düşərgəsindən olanları - sakit illər gözləmir”.

APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bəyan edib. O bildirib ki, Rusiya müdaxiləsi təhlükəsi və aqressiya təhdidi hələ aradan qalxmayıb: “Təəssüf ki, biz uzun illər bununla yaşamağa məcburuq”.

P. Poroşenko demokratik dünyanı beynəlxalq hüquqa inamı geri qaytarmaq üçün maksimum səy göstərməyə çağırıb.