"Batka" Putini hədələdi

"Batka" Putini hədələdi
22:32 29 Yanvar 2015
470 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı hədələyib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Lukaşenko bildirib ki, Belarusun Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları üzərinə düşən öhdəliklərə əməl etməzlərsə, ölkəsi Birlii tərk edəcək.
 
Belarus prezidenti bildirib ki, o, AİB-ə üzv olmaq üçün müqaviləni bir sıra şərtlər çərçivəsində imzalayıb.
 
"Əgər tərəflər öz üzərlərinə götürdüyü öhdəliklərə əməl etməsə, Minsk bu müqaviləni qüvvədən sala bilər. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr arasında ticarət müharibəsi olmamalıdır", deyə Lukaşenko bildirib.
 
Xatırladaq ki, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi yanvarın1-dən fəaliyətə başlayıb. Bu Birliyə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR