Azərbaycanda azad medianın fəaliyyəti üçün bütün şərait var

Azərbaycanda azad medianın fəaliyyəti üçün bütün şərait var
23:42 29 Yanvar 2015
273 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda azad və müstəqil medianın fəaliyyəti üçün bütün şərait var.
 
Milli.Az AzərTAc-a istinadən bildirir ki, bu fikri AŞPA-nın qış sessiyasında “Avropada media azadlığının qorunması” məsələsinin müzakirəsi zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.
 
 
S.Qafarova deyib ki, media azadlığı hər bir ölkədə demokratiya, siyasi azadlıqlar və qanunun aliliyinin təminatında mühüm amildir. Bu gün Azərbaycanda azad və müstəqil medianın fəaliyyəti üçün bütün şərait yaradılıb. Ölkədə 5000-dən çox KİV qeydiyyatdan keçib. Qəzet və jurnalların 65 faizdən çoxu müxtəlif siyasi və ictimai təşkilatlara, özəl qurumlara və hüquqi şəxslərə mənsubdur. Hökumət qurumlarından rəsmi məlumatların alınmasında heç bir məhdudiyyət yoxdur. Etnik və dini azlıqlar KİV ilə təminatda hər hansı maneə ilə üzləşmirlər. Qəzetlər xaricdən gətirilir və ya etnik azlıqların dillərində dərc olunur. Heç bir qəzet tiraj məsələsində məhdudiyyətlə üzləşmir. 2003-cü ilin martında dövlətin müdaxiləsi olmadan jurnalistlər tərəfindən Mətbuat Şurasının təsis edilməsi fikir və informasiya azadlığının təminində vacib addım olub. Bu qurum qəzetlərin monitorinqini həyata keçirir və jurnalistlərin davranış kodeksinə əməl olunmasını təmin edir. Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib. Əgər hansısa bir şəxs həbs edilibsə, o, cinayət törətdiyinə görə həbs olunub.
 
 
S.Qafarova Azərbaycanda internet resurslarının son on ildə sürətlə inkişaf etdiyini söyləyib. O deyib ki, hazırda ölkədə əhalinin 75 faizi internetdən istifadə edir. Bu il geniş şəbəkəli internetin inkişaf etdirilməsinə dair yeni layihəyə start veriləcək. Nəticədə internet istifadəçilərinin sayı 85 faizədək artacaq. Bu, qeyd edilən sahədə Azərbaycanın 2017-ci ilədək inkişaf etmiş ölkələrin səviyyəsinə çatmasına imkan verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/48431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR